Küveyt XİN rəhbəri Lavrova rusca təşəkkür etdi

Moskvada Rusiya və Küveyt XİN rəhbərləri arasında görüş keçirilib. 

Gununsesi.info xəbər verir ki,  danışıqlardan sonra Küveytin xarici işlər naziri Salem Abdullah əl-Cabir əs-Sabah Rusiya xarici işlər naziri Sergey Lavrova rus dilində təşəkkür edib.

Lavrovu ərəbcə “əziz dost” adlandıran küveytli nazir, sonra ona rusca “Sağ ol” deyib. “Əvvəlcə mən həmkarım cənab Sergey Lavrova Moskvaya səfərə dəvətə görə minnətdarlığımı bildirmək istərdim və qonaqpərvərliyinə görə ona da minnətdaram”, – deyə o əlavə edib.

Gununsesi.info