Köçəryanın oğluna deputat mandatı veriləcək

“Daşnaksütyun” partiyasının nümayəndəsi Gerasim Vardanyan parlamentdə boşalan deputat yerindən imtina etdiyini açıqlayıb.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vardanyan parlamentdəki “Hayastan” müxalifət fraksiyasının siyahısında 49-cu yerdə idi.

Beləliklə, mandat Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana keçəcək.

Levon Köçəryan hazırda həbsdədir.

Qeyd edək ki, boş qalan deputat yeri Armen Çarçyan mandatdan imtina etdikdən sonra yaranıb.

 

Gununsesi.info