
Bakıdan Zərdaba nənəsigilə qonaq gələn yeniyetmə qız Kür çayında batıb.
Gununsesi.info xəbər verir ki, hadisə Kür çayının rayonun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub.
Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Hazırda onun meyitinin tapılması istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
21:42
Kür çayında batan uşağın axtarışları aparılır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.