Bakıda daş sexində yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli daş sexinin içərisində 10 m² sahədə rezin qəliblər və 1 ədəd dəzgah qismən yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info