Almaniya nüvə enerjisindən istifadə etməyəcək – Baş nazir Şolz

  • By arzu
  • 04 Sentyabr 2023 12:45

Almaniya nüvə enerjisindən istifadə etməyəcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın Baş naziri Olaf Şolz açıqlama verib.

Ölkəsində nüvə enerjisinə geri gönüşlə bağlı çəkişmələr davam edərkən Şolz bu mübahisəəy son qoyacaq çıxış edib.

“Nüvə enerjisi bitib. Almaniya artıq istifadə etməyəcək”.

İllər öncədən ölkəsində nüvə enerjisin işlətmənin qanuni şəkildə qadağan edildiyini söyləyən Şolz yeni nüvə enerji stansiyalarının inşa edilməsinin 15 il alacağını və 20 milyard avroya başa gələcəyini vurğulayıb.

“Külək enerjisi, günəş enerjisi, hidroelektrik və biokütlə enerjisinə söykənən və yenilənəbilən(bərpaedilən) enerjilərin genişlədilməsi ilə elektrik ehtiyacımızın 80%-ni qarşılaya bilərik. İndi iazlədiyimiz siyasət budur”, – deyə Almaniyanın Baş naziri bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info