Konfrans Liqasında 1/8 final -İlk oyunlar yekunlaşdı

Ötən gecə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib

Gununsesi.info xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib  Mərhələnin diqqət çəkən matçlarından biri Fransada olub. Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” Ağdam təmsilçisi ilə eyni qrupda yer almış “Bazel”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

PAOK (Yunanıstan) – “Gent” (Belçika) – 1:0

“Slaviya” Praqa (Çexiya) – LASK (Avstriya) – 4:1

“Vitess” (Niderland) – “Roma” (İtaliya) – 0:1

“Partizan” (Serbiya) – “Feyenoord” (Niderland) – 2:5

“Marsel” (Fransa) – “Bazel” (İsveçrə) – 2:1

“Lester” (İngiltərə) – “Renn” (Fransa) – 2:0

PSV (Niderland) – “Kopenhagen” (Danimarka) – 4:4

“Budyo Qlimt” (Norveç) – AZ (Niderland) – 2:1

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

Gununsesi.info