
ABŞ BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə Ukraynaya humanitar yardım üçün 50 milyard dollar ayıracaq.
Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib.
“Bu gün biz humanitar yardım üçün Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı vasitəsilə daha 50 milyard dollar ayıracağını elan edirik”, – deyə Harris Polşa Prezidenti Andjey Duda ilə keçirdiyi mətbuat konfransında qeyd edib.
Vitse-prezident vurğulayıb ki, ABŞ Ukrayna xalqını dəstəkləyir.
Gununsesi.info