Azərbaycanın qadın güləşçilərindən Avropa çempionatında uğurlu start

  • By admin
  • 09 Mart 2022 15:41

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Gununsesi.info  xəbər verir ki, üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.

Şəhanə Nəzərova (50 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 13:2. Həmyerlimiz yarımfinalda macar Şimonetta Şekerlə qarşılaşacaq.

Elnurə Məmmədova (55 kq) 1/4 finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib – 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoillə üz-üzə gələcək.

Nigar Mirzəzadə (68 kq) 1/4 finalda slovakiyalı Olha Maslovskanı üstələyib – 4:1. Millimizin üzvü finala çıxmaq yolunda türk Aslı Dəmirlə mübarizə aparacaq.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Gununsesi.info