Lukaku 90 dəqiqə ərzində cəmi 7 dəfə topa toxundu

  • By admin
  • 20 Fevral 2022 18:59

“Çelsi”nin futbolçusu Romelu Lukaku antirekord müəyyənləşdirib.

Gununsesi.info xəbər verir ki, belçikalı hücumçunun antirekordu Premyer Liqanın 26-cı turunda “Kristal Pelas”a 1:0 hesabı ilə qalib gəldikləri matçda qeydə alınıb. 90 dəqiqə meydanda olan forvard topa cəmi 7 toxunuş edib.

Bu isə bu cür statistikaların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.

 

 

Gununsesi.info