
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala çıxıb.
Gununsesi.info xəbər verir ki, 60 kq-da yarışan idmançı 1/4 finalda macarıstanlı Kriştian Keçkemetini məğlub edib. Onun finaldakı rəqibi ermənistanlı Tiqran Minasyan olacaq.
Bundan başqa, 87 kq-da yer alan Laçın Vəliyev təsəlliverici görüşdə türkiyəli Muhutdin Sarıçiçəyə qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.
***
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
60 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Tiqran Minasyan olub.
Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.
Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) – İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.
Gununsesi.info