Koçoraşvili: Xalqımızın necə əzab çəkdiyini görmək çox ağırdır - Foto

Gürcüstan millisinin futbolçusu Giorgi Koçoraşvili Tbilisidə baş verən etirazlara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Koçoraşvili Rustaveli prospektinin fotosunu paylaşaraq gürcü xalqının əzab çəkdiyinin, vəziyyətin ağrılı olduğunu bildirib.

“Gürcüstan birliyə və ədalətə layiqdir. Xalqımızın necə əzab çəkdiyini görmək insanı ağrıdır. Bizim səsimiz və hərəkətlərimiz ölkənin daha yaxşı gələcəyinə yönəlməlidir”, – deyə futbolçu yazıb.

 

 

Şəbnəm

Gununsesi.info