İranda daha bir zəlzələ baş verdi

Şənbə günü səhər İranın Simnan əyalətində zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, İran Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 09:30-da Şahmirzad şəhərində, 3,5 bal gücündə olub.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Tələfat və xəsarət yoxdur.

Qeyd edək ki, 26 noyabrda Mərənd yaxınlığında 4,4 baş gücündə zəlzələ baş vermişdi.

Gununsesi.info