İtkin düşmüş 10 nəfər tapıldı

  • By Sənan
  • 01 İyun 2024 13:55

Mayın 31 -də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

Gununsesi.info xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 13-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı qadın, mayın 7-də Qusar rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 17 yaşlı oğlan, mayın 14-də Gədəbəy rayonunun Maarif kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 17-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 20 yaşlı qız, mayın 24-də Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı oğlan, mayın 25-də Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 39 yaşlı kişi, mayın 27-də Saatlı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, mayın 29-da Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 35 yaşlı kişi, mayın 29-da Zaqatala rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, mayın 29-da Şəmkir rayonunun Abbaslı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 43 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Gununsesi.info