Koronavirusu neytrallaşdıran anticisim qarışığı hazırlanıb

Koronavirusu neytrallaşdıran anticisim qarışığı hazırlanıb

Elm adamları koronavirusla mübarizədə effektiv kömək edən və insanları qoruya biləcək anticisimlərin qarışığını yaradıb.

Gununsesiaz.info bildirir ki, bu barədə “The Guardian” xəbər yayıb.

Nəşrin bildirdiyinə görə, Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri COVID-19-un ağır formasından sağalan 40 xəstədən anticisim nümunələri toplayıblar, həmçinin koronavirusa qarşı immuniteti olan beş insanda 60 anticisim müəyyən ediblər.

Bu anticisimlərdən doqquzu COVID-19 virusunu effektiv şəkildə neytrallaşdırılıb.

“Biz çox aktiv anticisimləri təcrid etdik və bunların əsasında dərman hazırlana bilər. İnanırıq ki, bunlardan koronavirusla yoluxmağın qarşısını almaq üçün istifadə olunacaq”, – deyə, alimlər bildiriblər.

Anticisimlərin klinik sınaqlarına bu ilin sonunda başlanacağı gözlənilir.

Gununsesiaz.info

COMMENTS