Bakıda molla televiziya işçilərinin üzərinə hücum etdi: Əlbəyaxa…- VİDEO

Bakıda molla televiziya işçilərinin üzərinə hücum etdi: Əlbəyaxa…

Baku TV-nin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən və Yasamal qəbiristanlığı kimi tanınan ərazidə çəkiliş aparan zaman hücuma məruz qalıblar.

Gununsesi.org Oxu.Az-a istinadla  xəbər verir ki, qəbiristanlıqda mollalıq fəaliyyəti ilə məşğul olan bir şəxs kanalın operatoruna hücum edib, ona müxtəlif bədən xəsarətləri yetirib.

Məlumata görə həmin şəxs hətta başqalarına da zəng edərək, bir daha hədə-qorxu gəlib.

Bildirilir ki, dəyən ziyan təkcə bununla da yekunlaşmayıb. Eyni zamanda, kanalın texniki avadanlıqlarına da ciddi ziyan vurulub.

Ətraflı videonu təqdim edirik:

 


Gununsesi.org

COMMENTS