Kapital Bankda yeni rəhbərlik

“Bankımızın səhmdarları yeni təyinatları təsdiqlədi”.
Gununsesi.info bildirir ki, bu barədə Kapital Bankın açıqlamasında deyilir:

“Belə ki, bu gün Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclasda bir çox məsələlər müzakirə edilib və qəbul edilən qərara əsasən, Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.

HTML tutorial

Digər qərara əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru təyin edilib”.

 

Gununsesi.info