Azərbaycanda hər pensiyaçının banklara orta hesabla 775 manat borcu yaranıb - EKSPERT

“2022-ci ildə pensiyaçılara verilmiş kreditlərin məbləği 863,1 milyon manat təşkil edib ki, bu da özündən əvvəlki illə müqayisədə 185,3 milyon manat və ya 27,3 faiz çoxdur. Beləliklə də 2022-ci ildə 1 pensiyaçıya düşən borc məbləği 774,6 manat təşkil edib ki, bu da özündən əvvəlki ilə müqayisədə hər pensiyaçıya 110 manat və ya 37,2 faiz artım deməkdir”.

Gununsesi.info bildirir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

HTML tutorial

Onun sözlərinə görə, il ərzində pensiyaçıların sayı azalmaqla yanaşı onların banklara olan borcları artıb: “Xatırlayırsınızsa, 2022-ci il yanvar ayın 12-də “Kapital bank pensiyaçıları tələyə salıb hərifləyir” adlı yazı dərc edib (linki şərh bölməsində yerləşdirirəm), pensiyaçıları aldanmamağa çağırmışdım. Çünki o zaman “Kapital bank”ın bankomatlarından pensiyasını alan hər kəsə təklif edilir ki, 100 manat əlavə pul götürün, əlacsız qalan, işıq-qaz pulunu, ərzağını və dərmanını aydan aya çatdırmayan pensiyaçıların çoxu da bu ilk baxışdan cəlbedici olan təklifə aldanıb, bəli düyməsini basır və əlavə 100 manat götürərək borca girərək, belə soyğunçu təklifi qəbul etməklə özlərinin məsrəflərini və Kapital bankın gəlirlərini artırıblar. Elə buna görə də pensiyaçıların borcları sürətlə artmağa başlayıb.

Beləliklə də mənim çağırışımı eşitməyən pensiyaçıları səhmlərinin 99.87 faizi “Paşa Holdinq”-ə məxsus olan “Kapital Bank”ın tələsinə saldılar.

Göründüyü kimi “Kapital bank”ın tələsinə düşən təqaüdçülərin durumu acınacaqlıdır. Höküməti təcili tədbir görməyə çağırıram”.

Afət Abbasova
Gununsesi.info