Masallıda yol-nəqliyyat hadisəsi olub

  • By ilhame
  • 02 İyun 2024 09:59

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Nazirliyin “112” qaynar telefon xəttinə rayonun Qəriblər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info