Kamaləddin Qafarova qarşı qara PR aparan qələmdaşlar-qələmbaşlar…

Kamaləddin Qafarova qarşı qara PR aparan qələmdaşlar-qələmbaşlar…

 Son vaxtlarda mətbuatda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarov haqqında qara PR kampaniyası aparılır. Ancaq bu kampaniyanı təşkil edən və yayanlar düşünmürlər ki, Kamaləddin Qafarov illərdir xalqın içində olan birisidir. Əfsuslar olsun ki, bəzi çap orqanları adı üstündə çapacaq kimi önünə gələnləri “kəsərəm-asaram” məntiqi ilə əzələ sərgiləməklə mətbuatı bir qisasçılıq makinası və arenası halına gətirmişlər.
Bir də məsələnin bu tərəfi də var ki, mətbuat qaralamaq deyil, cəmiyyəti ağardıb aydınlatmaq üçündür. Elə bu səbəbdəndir ki, jurnalistikanın funksiya təyinatını dəqiq bilməyən bir sıra qələmdaşlar-qələmbaşlar elə hey istədiklərini tutduraraq Kamaləddin Qafarov haqqında kamala sığmayacaq ifadələr sərf edirlər. Yazıqlar olsun ki, jurçular, jurnalçılar, zurnaçılar, jursuz nalistlər, əli mismarlı NAListlər – müx və mıx birlər, eləcə də listlər elektron jurnalların listlərini-səhifələrini öz “Gafar”larını(qəzəblərini) Qafarova tökməklə doldururlar.
Boş beyinlərdən “dolu” sözcüklərin çıxması bir yana, onu bir oliqarx kimi təqdim etmələri də, sifarişli mətləblərdən xəbər verir. Düşünmürlər ki, siyasət təcrübəsi olan Kamaləddin Qafarov illərdir insanların içindədir, ardı-ardına çoxsaylı görüşlər-toplantılar keçirir, insanları dinləyir, onların sosial porblemlərinin gündəmə gətirilməsində və çözülməsində yardımçı olur.
Kamaladdin Qafarovun fəaliyyətinin sərhədlərini daraldaraq onu oliqarx imici ilə cəmiyyətə təqdim edənlər düşünmürlər ki, adam illərdir dövlətin dəstəyi ilə çoxsaylı iş yerləri açıb, əhaliyə yardımda bulunub, ailələrin dolanması üçün çaba sərf edir. Axı, az öncə dedim… “Boş beyinlər”… Haradan düşünsünülər ki?! Sualın cavabı da buradadır.
Elə bu səbədəndir ki, Qafarovun görüşlərində çoxlu sayda insan izdihamları, dəstək ifadələri elə həmin orqanların qaralayaraq verdikləri xəbərlərdə ekranlara yansıyan başqa bir diqqətçəkici nüansdır.

O səbəbdən də, “Gafar”ınızı-qəzəbinizi başqa yerdə püskürdün, ey mətbuatlı-“məə pul atlı” nalistlər. Axsaq atın kor nalbəndinin olması ortadadır.  “Məəildəmək” zamanı deyil. Güzgünü əlinizə alın, gerçəklərə bir qədər də yaxın oturun. Əndişələnməyin, siz gerçəkləri görə bilməsəniz də, güzgüdə belə bir bacarıq var; sizi gerçəklərsiz BURAXMAz. Qoyun, biz də güzgüyə elçi düşüb deyək ki, “Buraxma!”. Söz kimindir? – Götürənin. Buraxma! – Söz təkcə güzgüyə aid deyil.

A. Tovuzlu

COMMENTS