7 min tələb etdi, 2 minini alarkən saxlanıldı

7 min tələb etdi, 2 minini alarkən saxlanıldı

Bakıda paytaxt sakinindən hədə-qorxu yolu ilə pul tələb edilib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olub. 

Əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.org

COMMENTS