Türkiyədən təxliyyə olunan tələbələr bir azdan Bakıya gətiriləcək- NAZİRLİK

Türkiyədən təxliyyə olunan tələbələr bir azdan Bakıya gətiriləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin zəlzələ baş vermiş Malatya, Elaziğ bölgələrindən 100-ə yaxın azərbaycanlı tələbə təxliyyə olunaraq Naxçıvana çatdırılıblar və yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər.

Gununsesi.org-un məlumatına görə, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov nazirlik rəsmilərinin, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələrinin Bakıda hava limanında olduğunu bildirib. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.

 

 

Gununsesi.org

COMMENTS