Deputatlığa namizəd Babək Hüseynov görüşlərini davam etdirir – FOTOLAR

Deputatlığa namizəd Babək Hüseynov görüşlərini davam etdirir – FOTOLAR

78 saylı Lerik seçki dairəsindən namizəd Hüseynov Babək Meyxos oğlu izdihamlı görüşlərini davam etdirir. Verilən məlumata görə deputatlığa namizəd yanvar ayının 30-da öncədən nəzərdə tutulmamasına baxmayaraq, ağsaqqal və ziyalıların  çox saylı dəvəti ilə  Amburdərə və Barzavu kəndlərdə seçiciləri ilə görüşüb.  Deputatlığa namizəd onu  kəndlərinin girişində qarşılayan əhaliyə  səmimi dəvət üçün dərin minnətdarlığını bildirib. “Doğma Lerikimizin hər bir kəndi, hər bir yaşayış məntəqəsi bizim üçün əziz  və qiymətlidir ”, –  deyə əlavə edib.

Səmimi çay süfrəsi arxasında davam edən görüşə kənd ağsaqqal və ziyalılar da qatılıblar.

 

Gununsesi.org

COMMENTS