Qaydasız döyüşə tamaşaçılar da qatıldı, salon qarışdı: yumruqlar, təpiklər, kəfillər havada uçuşdu –VİDEO

Qaydasız döyüşə tamaşaçılar da qatıldı, salon qarışdı: yumruqlar, təpiklər, kəfillər havada uçuşdu –

Rusiyanın paytaxtı Moskvada MMA turnirinin iştirakçıları arasında kütləvi dava baş verib. Xəsarət alanlar və zərərçəkənlər var.

Bu barədə BAZA “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, baş verənlərə görə təşkilatçılar polisə ərizə ilə müraciət edib. Davanın başlanma səbəbi məlum deyil.

Təşkilatçıların sözlərinə görə, qarşıdurma zamanı “Vityaz-Noqinsk” klubunun idmançısı döyülüb. O, başından xəsarət alıb. Həmçinin, başqa bir idmançının telefonu oğurlanıb.

Polis təhqiqata başlayıb.

 

Gununsesi.org

 

COMMENTS