Ordu generalı prezident seçildi

Ordu generalı To Lam Vyetnamın yeni Prezidenti seçilib.

Gununsesi.info -nun verdiyi xəbərə görə , bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, səsvermə 15-ci çağırış Milli Assambleyanın Hanoyda keçirilən yeddinci sessiyası çərçivəsində baş tutub.

Nəticədə 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi haqqında qətnaməni iclasda iştirak edən Milli Assambleyanın 472 deputatı dəstəkləyib.

Gununsesi.info