İnam Kərimov Akif Çovdarovun işini niyə ertələyib?

  • By admin
  • 12 Aprel 2023 11:25

 Xəbər verdiyimiz kimi,  Baş Prokurluq  ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun əmlaklarının xüsusi müsadirədən azad olunması  ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından protest verib. 

Həmin protestə Ali Məhkəmənin  iki gün əvvəl baxacağı barədə məlumat yayılsa da sonradan prosesin tarixi qeyri-müəyyən müddətə təxirə salınıb.

HTML tutorial

Qeyd edək ki, İnam Kərimovun Ali Məhkəməyə sədr kimi  fəaliyyətə başladığı tarixə təsadüf edən bu işlə bağlı mediada “İnam Kərimovun ilk sınağı” başlıqlı məlumatlar dərc olundu.

 

Həmin məlumatlarda İnam Kərimovun MTN-dəki mütəşəkkil dəstənin əsas adamlarından biri olan Akif Çovdarovun əmlakları ilə bağlı məsələnin nə dərəcə obyektiv araşdırılacağına dair suallar ifadə olunub.

Görünür, qərar üçün  tələsməyən yeni sədr məsələnin gündəmdən çıxarılmasını gözləyir.

Biz də gözləyək!

 

Mais

Gununsesi.info