İsveç parlamenti əsgərlərin sayını artırmağı tövsiyə edib

  • By ilhame
  • 26 Aprel 2024 22:18

İsveç Parlamentinin Müdafiə Komitəsi öz hesabatında ölkənin illik müdafiə xərclərini və əsgərlərin sayını artırmağı tövsiyə edib.

 

Gununsesi.info xəbər verir ki, komitə ölkənin NATO-ya üzvlüyündən sonra müdafiə ilə bağlı tövsiyə hesabatı dərc edib.

 

Hesabatda İsveçin illik müdafiə xərclərinin 2030-cu ilə qədər təxminən 5 milyard dollar artırılması nəzərdə tutulub.

Həmçinin silah altında olan əsgərlərin sayının 2032-ci ilə qədər təqribən 8 mindən 12 minə çatdırılması vacibliyi bildirilib.

 

PUA təhlükələrinə qarşı hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və raketlərin alınması da prioritetlər siyahısında yer alıb.

 

“İsveç və ya onun müttəfiqlərinə qarşı hücum qaçılmazdır”, – deyə, hesabata daxil edilən bəyanatda qeyd olunub.

Gununsesi.info