
İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) texniki nasazlıq səbəbindən şənbə günü Suriya ərazisində qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Avqustun 14-də İsrail Müdafiə Qüvvələrinin PUA-sı texniki nasazlıq səbəbindən Suriya ərazisinə düşüb. Məlumat sızması riski yoxdur”, – bəyanatda deyilir.
“Hadisənin səbəbləri araşdırılır”, – mətbuat xidməti əlavə edib.
Gununsesi.info