
Radikal “Taliban” hərəkatı tezliklə Kabildəki Prezident Sarayından Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Associated Press” hərəkatın sözçüsünə istinadla məlumat yayıb.
Əfqanıstanda vəziyyət son həftələrdə “Taliban”ın ölkənin böyük şəhərlərinə hücumu ilə gərginləşdi.
Bazar günü media və mənbələr Əfqanıstandakı bütün sərhəd keçidlərinin “Taliban” tərəfindən nəzarət edildiyini bildirdi.
Silahlılar daha sonra Kabilə daxil olduqlarını bəyan etdilər.
Bundan əvvəl “Əl Arabiya” telekanalı da “Taliban”a istinadla xəbər vermişdi ki, yaraqlılar Əfqanıstanın paytaxtındakı prezident sarayını nəzarətə götürüblər.
Günay
Gununsesi.info