Türkiyə Prezidenti: “Rus dostlarımızın başı sağ olsun”

  • By admin
  • 15 Avqust 2021 18:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və rus xalqlarına başsağlığı verib.

 

Gununsesi.infonun xəbərinə görə, bunu Türkiyə Prezidenti İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib.

 

R.T.Ərdoğan Kahramanmaraşda baş verən meşə yanğının söndürülməsi zamanı qəzaya uğrayan təyyarədə həlak olan ekipaj üzvlərinin yaxınlarına və Rusiya Federasiyasına başsağlığı diləyib:

 

“Yanğınla mübarizəmizə dəstək verən rus dostlarımızın başı sağ olsun”.