
Hazırda xaricdə mühacir həyatı yaşayan Mahir Cavadov sensasion bəyanatla çıxış edib.
Gununsesi.info xəbər verir ki, bu günə qədər mövcud hakimiyyətə qarşı sərt mövedə dayanan Mahir Cavadov bildirib ki, artıq İlham Əliyevi dəstəkləyir:
Mən, Azərbaycani xaricdə , müharibədə təmsil edən prezidentin tərəfdariyam. Ugurlu 2-ci Qarabag müharibəsindən sonra İlham Əliyevin tərəfdari oldum. 1988 – 95-ci illərdə bizim Azərbaycan naminə görə bilmədiyimiz işləri o görə bilmişdir”.
Qeyd edək ki, Mahir Cabadov keçmiş OMON komandiri mərhum Rövşən Cavadovun qardaşıdır.
Gununsesi.info