
ABŞ ordusu böyük bir kütlənin uçuş-enmə zolağına çıxdığı Kabil hava limanında havaya atəş açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.
Belə ki, ABŞ Əfqanıstanda olan vətəndaşlarını təxliyə edərkən havaya xəbərdarlıq atəşi açmağa məcbur olub.
Məlumat üçün qeyd edək ki, ABŞ-ın və Fransanın Əfqanıstandakı səfirliyi fəaliyyətlərini Kabil hava limanında davam etdirirlər.