Bakıda mənzildən meyitləri tapılan qardaşların ölüm səbəbi bəlli oldu

Bakıda evdən meyiti tapılan iki qardaşın ölüm səbəbi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində evdə ölən 52 yaşlı Əli Həsənov və qardaşı 55 yaşlı Rəhman Həsənovun narkotik qəbulu səbəbindən ölməsi müəyyənləşib.

Aparılan ilkin ekspertiza nəticəsində onların bədənində iynə izləri aşkar edilib.

Hər iki şəxsin dozadan artıq narkotik səbəbindən ölməsi ehtimal edilir.

Araşdırmalar davam etdirilir.

14:41

Bakı şəhərində evdən iki qardaşın meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri – 1968-ci il təvəllüdlü (55 yaş) Həsənov Rəhman Xaliq oğlu və onun qardaşı 1971-ci il təvəllüdlü (52 yaş) Həsənov Əli Xaliq oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadıqları evdə aşkar edilib.

Onların narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info