İsrailin hücumları nəticəsində 31 nəfər ölüb

İsrail ordusunun Livanın cənub və şərq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 31 nəfər həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi ölkənin cənubundakı Nəbatiyə bölgəsində Ərəbsəlimdə Mülki Müdafiə Dərnəyinə aid bir nöqtəyə edilən hücumda 4-ü tibb işçisi olmaqla 6 nəfərin həyatını itirdiyini bildirdi.

Baalbekin Şaab rayonunda 5-i qadın olmaqla ümumilikdə 8 nəfərin öldüyü, 27 nəfərin yaralandığı bildirilib.

Orxan Saffari

Gununsesi.info