İsrail ordusu oktyabrın 7-dən HƏMAS-ın 3 600-dən çox hədəfini məhv edib

  • By ilhame
  • 12 Oktyabr 2023 22:30

İsrailin Müdafiə Ordusu oktyabrın 7-dən bəri ümumi çəkisi 4 min ton ağırlığın olan 6 min sursatdan istifadə edərək, HƏMAS-ın 3 600-dən çox hədəfini vurub.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hücum edilən hədəflər arasında komanda-idarəetmə obyektləri, strateji hərbi infrastruktur, sursat istehsalı sexləri, kəşfiyyat obyektləri, atəş qurğuları olub. Qəzza zolağına ümumilikdə çəkisi 4 min ton olan 6 minə yaxın bomba atılıb”, – hərbçilərin bəyanatında deyilir.

İsrail ordusu Qəzza zolağının bütün ərazisində terror infrastrukturuna hücumları davam etdirdiyini açıqlayıb.

“Səhər saatlarından başlayaraq onlarla qırıcı təyyarə, döyüş helikopteri və PUA sektor boyu HƏMAS-ın bir sıra hədəflərinə hücum edib”, – qurumdan bildirilib.