“Futbolçularımın əziyyətinə heyfim gəlir” -Samir Əliyev

  • By ilhame
  • 12 Oktyabr 2023 22:04

“Futbolçularımın əziyyətinə heyfim gəlir. Bu gün rəqibdən üstün, yaxşı futbol oynadılar”.

Gununsesi.info-nun məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Bakıda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

Mütəxəssis rəqibi təhlil etdiklərini bildirib: “Hansı mövqelərdə üstün olduqlarını bilirdik. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hətta penaltidən yararlanmadıq. Bu oyunu unudub Lüksemburqla qarşıdakı matça hazırlaşmalıyıq. Növbəti qarşılaşmada qələbə qazanmaq lazımdır”.

Gununsesi.info