Polşa Prezidenti Silahlı Qüvvələrin iki komandirinin istefasını qəbul edib

  • By ilhame
  • 10 Oktyabr 2023 20:55

Polşa Prezidenti Ancey Duda Polşa Ordusunun Baş Qərargah rəisi general Raymund Anceyçakın və ölkənin Silahlı Qüvvələrinin əməliyyat komandanı general Tomaş Piotrovskinin istefasını qəbul edərək yeni hərbi rəhbərlər təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yatsek Sivera bildirib.

Y.Siveranın sözlərinə görə, dövlət başçısı müdafiə naziri ilə məsləhətləşmələrdən sonra artıq yeni komandirlər təyin edib.

Gununsesi.info