ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər

  • By ilhame
  • 12 Oktyabr 2023 22:59

ABŞ hakimiyyəti əvvəllər blokdan çıxarılmış və İranın yurisdiksiyasından kənarda olan və rəsmi Tehrana məxsus 6 milyard dolları dondurmaq hüququnu özündə saxlayır.

Gununsesi.info-nun məlumatına görə, bunu İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu fondlara ciddi nəzarət edirik və onları dondurmaq hüququnu özümüzdə saxlayırıq”-deyə, o bildirib.

Qeyd edək ki, İranın əvvəllər dondurulmuş aktivləri Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində Qətər banklarındakı hesablara köçürülüb.

Gununsesi.info