İspaniyada koronavirus qurbanlarının sayı artır: Daha 244 ölü

İspaniyada koronavirus qurbanlarının sayı artır: Daha 244 ölü

İspaniyada koronavirus səbəbilə ölənlərin sayı son sutka ərzində 244 nəfər artıb. 

Gununsesi.orgxəbər verir ki, COVİD-19-un ən çox təsir göstərdiyi dördüncü ölkə olan İspaniyada son zamanlar epidemiya nəzarət altına alınmışdı. Lakin qısa fasilədən sonra təkrar ölənlərin sayı 200 nəfərdən çox olmağa başlayıb. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə ölüm hadisəsi ötən günlə müqayisədə 30 faiz artıb. Ümumilikdə pandemiya ölkədə 25 min 817 can alıb. Yoluxanların sayı isə 220 min 325 nəfərdir.

Xatırladaq ki, İspaniyada ən çox ölüm hadisəsi 950 nəfərlə aprelin 2-i qeydə alınıb.

Gununsesi.org

COMMENTS