“Həkimlərin koronavirusa yoluxma riski yüksəkdir. Buna görə də onların və ailə üzvlərinin sığortalanması tənzimlənə bilər. Çünki həkimlərimiz, həyatlarını riskə atırlar”.
Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, bununla bağlı aidiyyəti qurumlar təkliflərlə çıxış edəcək:
“Bu, ilkin olaraq müzakirə olunub və hər kəs tərəfindən müsbət qarşılanıb”.
COMMENTS