İraq Rusiyadan hava hücumundan müdafiə sistemi “S-400” almaq istəyir

İraq Rusiyadan hava hücumundan müdafiə sistemi “S-400” almaq istəyir

İraq ABŞ-dan hava hücumundan müdafiə sistemi ala bilməsə, Rusiyaya müraciət edəcək.
Gununsesi.org İHA-ya istinadən xəbər verir ki, bu barədə İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Məhəmməd Rza əl-Heydər bildirib:
“ABŞ İraq üçün hava hücumundan müdafiə sistemi təmin etməsə, biz Rusiyadan “S-300” və ya “S-400” ala bilərik. İraqın öz suverenliyini, həmçinin hava məkanından olan təcavüzlərə qarşı özünü qorumağa ehtiyacı var. Daha öncə ABŞ tərəfindən təmin edilən hava hücumundan müdafiə sistemi yararsız vəziyyətdədir”.
Gununsesi.org

COMMENTS