Tramp tibbi maskalar istehsal edən zavodu maskasız gəzdi- FOTOLAR

Tramp tibbi maskalar istehsal edən zavodu maskasız gəzdi

ABŞ Prezidenti Donald Tramp Arizonada tibbi maskaların istehsal olunduğu yeni zavoda səfəri zamanı sözügedən fərdi mühafizə vasitəsindən istifadə etməyib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Tədbirdən yayımlanan kadrlardan aydın olur ki, işçilər hamısı maskadadır, arxa fonda isə “maska rejimi”nə riayət etməklə bağlı xəbərdarlıq var. Lakin nə dövlət başçısı, nə də onu müşayiət edən şəxslər bu mühafizə vasitəsindən istifadəni vacib bilməyiblər.
Qeyd edək ki, koronavirus epidemiyası dövründə təhlükəsizlik tədbirlərinə riayət edilməsi barədə hökumətin tövsiyələrinə zidd olaraq, Tramp heç vaxt kütləvi tədbirlərdə maska ilə iştirak etməyib.
Son məlumatlara görə,  ABŞ-da 1 237 761 nəfər koronavirusa yoluxub, onlardan 72 275-i ölüb, 200 669-u sağalıb.
Gununsesi.org

COMMENTS