Xalq artisti özünə villa tikdirir- VİDEO

Xalq artisti özünə villa tikdirir

Qalmaqallı imic dəyişimi ilə gündəmi zəbt edən Xalq artisti Röya Ayxan özünə dəbdəbəli villa tikdirir.

Gununsesi.org xəbər verir ki, bu barədə müğənni Nazənin Salayeva ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramına “Skype” vasitəsilə canlı efirə onlayn qoşularkən deyib.

Yaşadığı villasını verilişin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə nümayiş etdirən sənətçi Röyanın da eyni ərazidə torpaq alaraq, orada malikanə tikdirdiyini açıqlayıb.

Qeyd edək ki, ötən il Xalq artisti Röya Ayxanın Xaçmaz rayonunun Nabran qəsəbəsindəki villasını satışa çıxarması ilə bağlı xəbərlər yayılmışdı. Lakin sənətçinin prodüseri Vüsal Rzayev Oxu.Az-ın əməkdaşı ilə söhbətində yayılan xəbərlərin yalan olduğunu bildirmişdi:

“Röya Ayxanın, ümümiyyətlə, heç vaxt Nabranda villası olmayıb. Bu xəbər dezinformasiyadan başqa bir şey deyil”.

 

 

 

Gununsesi.org

COMMENTS