
Fransa işğal altındakı İordan çayının qərb sahilində yəhudi mühacirlər tərəfindən edilən hücumları kəskin şəkildə qınayıb.
Gununsesi.info xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi işğal altındakı İordan çayının qərb sahilində məskunlaşma qruplarının fələstinlilərə qarşı hücumları ilə bağlı açıqlama verib.
Açıqlamada işğal altındakı İordan çayının qərb sahilində məskunlaşma qruplarının fələstinlilərə qarşı hücumlarının şiddətlə qınandığı qeyd edilib.
Dekabrın 3-də İsrail qüvvələrinin himayəsi altında bir fələstinlinin ölümü ilə nəticələnən Karawa Beni Həsəndə məskunlaşanların hücumlarına cavab olaraq gələn bəyanatda İsraili “qəbuledilməz hücumların” qarşısını almaq üçün “mümkün qədər tez” lazımi tədbirlər görməyə çağırılıb.
Gununsesi.info