
Yaşı və kobud səhvləri səbəbindən tənqid hədəfinə çevrilən ABŞ prezidenti Bayden gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı təəccüblü açıqlama verib.
Gununsesi.info-nun məlumatına görə, Bayden bildirib ki, sələfi Donald Tramp namizəd olmazsa, gələn il keçiriləcək seçkilərdə iştirak edə bilməyəcək.
Bostonda kampaniya donorları ilə görüşən Bayden “Tramp namizəd olmasa, namizəd olub-olmayacağımdan əmin deyiləm” deyib.
Bayden Trampın qalib gəlməsinə imkan verə bilməyəcəklərini qeyd edərək, ABŞ demokratiyasının 2024-cü ildə 2020-ci il seçkilərindən daha çox risk altında olacağını bildirib. Tramp və komandasının demokratiyanı məhv etməkdə qərarlı olduğunu ifadə edən Bayden, “Bunu gizlətmir belə” deyib.
ABŞ-ın ən yaşlı prezidenti olan 81 yaşlı Bayden tez-tez komik vəziyyətləri ilə diqqət çəkir və son vaxtlar reytinqi rəy sorğularında sürətlə aşağı düşür.
Gununsesi.info