Pendir yeyənlərin diqqətinə: Sizə uyğun olmayan sağlamlığınıza ziyan vura bilər

Səhər yeməyində ən çox istehlak edilən süd məhsullarından biri olan bir çox pendir növü zülal və yüksək miqdarda kalsium ehtiva edir. Sümük inkişafına töhfə verdiyi üçün uşaqların bol pendir yeməsi tövsiyə olunur.

Gununsesi.info bildirir ki, bəzi pendir növləri arıqlamağa kömək edərək bağırsaq sağlamlığını dəstəkləyir. Pendir həm də ürək xəstəliyi riskini azaldır. Buna görə bəzi pendirlər digər pendir növlərinə nisbətən daha sağlamdır.

Yağsız pendirlər aşağı kalorili olduğundan pəhriz siyahılarında da onlara üstünlük verilə bilər. Səhər yeməyinizə yüksək rütubətli mozzarella, yüksək kalsiumlu pendiri, inək südündən hazırlanmış kəsmik əlavə edə bilərsiniz.

Mütəxəssislərin fikrincə, həddindən artıq miqdarda pendir yemək qəbizliyə səbəb ola bilər. Pendir çox yağlı və lifi az olan bir qidadır, həzmi yavaşlatır və bağırsaqların fəaliyyətini çətinləşdirir.

Gununsesi.info