DİM: Bir nəfərdə suçiçəyi müşahidə olunduğu üçün imtahana buraxılmayıb

  • By ilhame
  • 07 Aprel 2024 15:18

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

Gununsesi.info DİM-ə istinadən xəbər verir ki, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

 

Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Gununsesi.info