
Gürcüstanın qərbində xarici turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, hadisə Xoni bələdiyyəsinin Naxaxulevi kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, avtomobil yoldan çıxaraq kanala düşüb. 10-a yaxın insan xəsarət alıb və müxtəlif klinikalara yerləşdirilib.
İlkin məlumata görə, turistlər Litvadan olub.
Gununsesi.info