
İspaniyada Pasxa bayramı üçün hazırlanan rəsmi plakatda İsa peyğəmbərin şəkli böyük müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, Sevilyadakı bayram qeyd etmələrindən əvvəl təqdim edilən afişa ölkəni iki yerə bölüb. Bəzi ispanlar Hz. İsanın təsvirini çəkənləri “zövqdən məhrum” adlandırıb.
Həftə sonu Sevilya Şəhər Şurası tərəfindən təqdim edilən plakata bir neçə saat ərzində minlərlə etiraz olub. Minlərlə insan posterin dərhal geri götürülməsini tələb edən petisiyaya imza atıb.
Bir çox ispan katolikləri Hz.İsanın çılpaq rəsmini xristian dəyərlərinə uyğun olmadığını bildirib.
Rəsmi çəkən rəssam Salustiano Qarsia Hz. İsanın təsvirinin katolik sənəti ilə tamamilə uyğun olduğunu deyib. Qarsiya reaksiyaların mədəniyyətsizlikdən qaynaqlandığını və xristian sənətini bilən insanların bu rəsmin son dərəcə təbii olduğunu anlayacaqlarını qeyd edib.
Sevilyanın mühafizəkar meri Xose Luis Sanz rəsm əsərinin fərqli və cəsarətli olduğunu bildirərək Qarsiyanı dəstəkləyib.
İfrat sağçı katolik təşkilatı “Instituto de Politica Social” şəklin geri götürülməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Gununsesi.info