İş görərkən 5-ci mərtəbədən yıxılıb öldü

Xətai rayonunda 27 yaşlı oğlan quraşdırma işləri apararkən binadan yıxılıb ölüb.

Baş prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info