
Burkina Fasoda terror hücumu olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı olay zamanı 20 nəfər ölüb, 12 nəfər yaralanıb.
Toqo sərhədinə yaxın bölgədə yaşanan hücum Orta-Şərq ərazisində radikatl terror təşkilatı tərəfindən gerçəkləşdirilib.
Yerli təhlükəsizlik orqanlarının işçiləri həyatını itirənlərin tacirlər olduğunu açıqlayıblar.
Hələlik hücumu öz üzərinə götürən olmayıb.
Xatırladaq ki, Burkona Fasoda indiyədək 16 mindən çox mülki adam, əsgər və polis həyatını itirib, 2 milyondan çox insan hücumlardan qorunmaq üçün öz evindən köç etməli olub.
Tərcümə: Arzu